logo

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını bitirdi

22:43 20-06-2020 | icon 6510
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını bitirdi

Azərbaycan milli komandasının sabiq müdafiəçisi, "Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib:"Əvvəl də fikirlərimizdə bildirmişdik ki, onun son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım".

O.Qurbanov Rəşad Sadıqovun məşqçi kimi klubda qalıb-qalmayacağı ilə bağlı sualı da cavablandırıb: "Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik".

Xatırladaq ki, Rəşad Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə Tovuzun "Turan" komandasında başlayıb. O, daha sonra “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. Rəşad  2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi. 

Qeyd edək ki, bu gün Rəşad sadıqovun 38 yaşı tamam olub.