logo

Azərbaycanda 2 həftəlik sərt karantin rejimi tətbiq ediləcək

19:13 18-06-2020 | icon 2191
Azərbaycanda 2 həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva  məlumat verib.