logo

Nursultan Nazarbayev də koronavirusa yoluxdu

13:55 18-06-2020 | icon 2786
Nursultan Nazarbayev də koronavirusa yoluxdu

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.

YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə sabiq prezidentin mətbuat katibi Aydos Ukibay bildirib. “Təəssüf ki, Elbaşının (Millətin lideri) koronavirus testi müsbət nəticələnib”, - deyə Aydos Ukibay özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Nursultan Nazarbayev özünütəcrid rejiminə keçib və narahatçılıq üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, bir müddət öncə ölkənin səhiyyə naziri Eljan Birtanovun da koronavirusa yoluxduğu məlum olub. Həmçinin baş nazir Askar Mamin, kənd təsərrüfatı naziri Saparxan Omarov, ekologiya, geologiya və təbii sərvətlər naziri Maqzum Mirzaqaliyev, elm və təhsil naziri Ashat Aymaqambetov və Məclis spikeri Nurlan Niqmatulin də özünütəcrid rejiminə keçib.