logo

İranda daha 87 nəfər koronavirusdan vəfat edib

12:59 18-06-2020 | icon 2464
İranda daha 87 nəfər koronavirusdan vəfat edib

Son 24 saat ərzində İranda 2 min 596 nəfər koronavirusa yoluxub, 87 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 197 min 647 nəfərə, ölənlərin sayə isə 9 min 272 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 156 min 991 nəfər isə sağalaraq evə buraxılıb. Üç minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.