logo

Bəhram Bağırzadəyə ağciyər köçürülməsi mümkün deyil

19:21 17-06-2020 | icon 8547
Bəhram Bağırzadəyə ağciyər köçürülməsi mümkün deyil

Əməkdar artist Bəhram Bağırzadəyə ağciyər köçürülməsi

gündəmdə deyil. YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi

Gömrük Hospitalının(MGH) rəisinin müalicə işləri üzrə müavini

Bəxtiyar Musayev "Baku TV"yə" müsahibəsində  məlumat verib. 

Onun sözlərinə görə, Bəhrəm Bağırzadə 4 gündür  MGH-də

müalicə alır, səhhəti hələ də ağır olaraq qalır. 

"Ancaq buna baxmayaraq, Bəhrəmin vəziyyəti ilə bağlı müəyyən bir

stabilləşmə əldə etmişik.  Gələcəyə müəyyən ümidlərlə baxırıq",-deyə B.Musayev bildirib.

O, deyib ki, Azərbaycanda ümumiyyətlə ağciyər köçürülməsi əməliyyatı aparılmır: "Dünyada  bu tip əməliyyatlar cəmi bir neçə ölkədə , bir neçə

dəfə aparılıb. Deyərdim ki, bunlar eksperimental xarakter daşıyıblar.

Və  əməliyyatların nəticələri də heç də sevindirici deyildir".