logo

Müdafiə Nazirliyi ermənilərin Tərtərdə yolu atəşə tutulmasını yalanladı

18:58 17-06-2020 | icon 2191
Müdafiə Nazirliyi ermənilərin Tərtərdə yolu atəşə tutulmasını yalanladı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. "Belə ki, həmin ərazidə partlayış baş verdiyi müəyyən olunub. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır",-deyə mətbuat xidmətindən bildiriluib.