logo

"Semaşko"da  yalnız  koronaviruslu xəstələr müalicə olunacaq

14:59 17-06-2020 | icon 3857
"Semaşko"da  yalnız  koronaviruslu xəstələr müalicə olunacaq

Xalq arasında "Semaşko" adı ilə tanınan Kliniki Tibbi Mərkəz (KTM) bundan sonda yalnız koronaviruslu xəstələrin müalicəsi istiqamətində fəaliyyət göstərəcək.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) YeniAvropa-ya daxil olan açıqlamada deyilir: “KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə başqa xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.