logo

İranda koronavirusdan ölənlərin sayı  9 minə çatıb

16:55 15-06-2020 | icon 2415
İranda koronavirusdan ölənlərin sayı  9 minə çatıb

Artıq ikinci gündür ki, İranda koronavirusdan 100 nəfərdən çox insan həyatını itirir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 15-də 2449 nəfər koronavirusa yoluxub, 113 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 189 min 786-ya, ölənlərin sayı isə 8950-yə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 150 min 590 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 4 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.

Yoluxma və ölüm hallarının artması ilə əlaqədar dövlət televiziyasında çıxış edən Prezident Həsən Ruhani karantin rejiminin yenidən bərpa ediləcəyi ehtimalını irəli sürüb.