logo

İranın xarici işlər naziri Türkiyəyə səfər edib

17:50 14-06-2020 | icon 2289
İranın xarici işlər naziri Türkiyəyə səfər edib

Bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə yola düşüb.

YeniAvropa  İranın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı, beynəlxalq siyasi proseslər və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər nazir Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu da Türkiyəyə səfər edəcəkdilər. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə RusiyapPrezidenti Vladimir Putinin arasında telefon söhbətindən sonra səfər təxirə salınıb.