logo

İlham Əliyev Maqomedali Maqomedovu ordenlə təltif etdi

15:30 13-06-2020 | icon 2142
İlham Əliyev Maqomedali Maqomedovu ordenlə təltif etdi

Prezident İlham Əliyev iyunun 13-də Maqomedali Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilib.