logo

Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdi

13:17 13-06-2020 | icon 2583
Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdi

Gələn ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə qərarın qəbul olunmasına səbəb yeni növ koronavirusla əlaqədar (COVID-19) “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtının 2021-ci ilə dəyişdirilməsidir. Beləliklə, Konyada V İslam Həmrəyliyi Oyunlarının 2021-ci il sentyabrın 10-dan 19-dək keçirilməsi nəzərdə tutulub.

Bu qərar Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlunun sədrliyi ilə V İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsi rəhbərliyinin birgə müzakirəsindən sonra qəbul olunub.

Xatırladaq ki, sonuncu İslamiada - IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilib. İslam Həmrəyliyi Oyunları dörd ildən bir təşkil edilir.