logo

Zahid Oruc: "İsa Qəmbər gedib ulu öndərin qarşısında təzim etməlidir"

19:15 12-06-2020 | icon 3164
Zahid Oruc: "İsa Qəmbər gedib ulu öndərin qarşısında təzim etməlidir"

"Rəsulzadə və silahdaşları dövləti qurmaq istəyirdilər, gücləri çatmadı, Elçibəy istəyirdi dövlət qursun, bacarmadı. Heydər Əliyevsə gəldi, gördü və qurdu!".

YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.  O deyib ki, 1993-cü ilin 15 iyununda Azərbaycan Heydər Əliyevin əli ilə xilas olundu.

"Bax, bu salon şahiddir ki, məhz xalqın qəzəbi və nifrəti qarşısında 13 iyun 1993-cü ildə istefaya getməyə məcbur olan İsa Qəmbər, həqiqətən Elçibəyin varisidirsə, gedib ulu öndərin qarşısında təzim etməlidir. Çünki Heydər Əliyev Xalq Cəbhəsinin rəhbərlərini təkcə polkovnik Surət Hüseynova girov düşmək təhlükəsi və rüsvayçılığından qurtarmamışdı".