logo

İndi COVID-19 testinin nəticələri orta hesabla bir günə məlum olur

18:59 12-06-2020 | icon 2856
İndi COVID-19 testinin nəticələri orta hesabla bir günə məlum olur

COVID-19 xəstəliyinin təsdiqi ilə əlaqədar aparılan test nəticələrinin cavabı orta hesabla bir günə məlum olur.

YeniAvropa xəbər verir ki, bunu bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

Onun sözlərinə görə, test sayı çox olduğuna görə bəzən gecikmələr ola bilər, amma ümumi hesabla götürəndə test aparatının nəticənin aşkar olmasına sərf etdiyi vaxt 6 saatdır. Təkrar testin kompüter sistemində işlənilməsi ilə əlaqədar bəzi gecikmələr ola bilər. Nəzərə alsaq ki, xəstələrin və şikayətlərin sayı artdıqca 103 xidmətinə müraciətlərin də sayı artır.