logo

İlham Əliyev kraliça II Elizabeti təbrik etdi

15:11 12-06-2020 | icon 2016
İlham Əliyev kraliça II Elizabeti təbrik etdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: " Ülyahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram".