logo

Prezident Şahin Mustafayevə “Şöhrət” ordeni verdi

14:54 12-06-2020 | icon 2051
Prezident Şahin Mustafayevə “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev iyunun 12-də baş nazirinin müavini Şahin Mustafayevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Şahin Abdulla oğlu Mustafayev “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki,sabah Şahin Mustafayevin 33 yaşı tamam olur.  Şahin Mustafayev 13 iyun 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. 2008-2019-cu illərdə  Azərbaycanın iqtisadiyyat naziri, 2019-cu ildən  Azərbaycan Respublikası baş nazirinin müavinidir. O, həm də Tarif Şurasının sədri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidentidir.