logo

Tovuzda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

14:10 12-06-2020 | icon 4508
Tovuzda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Tovuz rayonunun Qovlar şəhəri ərazisində yolu keçən Yanıqlı kənd sakini Vəfa Əsgərovanı Əyyublu kənd sakini N.Abbasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş istintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılır.