logo

Cari ildə "Bakı–Tbilisi–Ceyhan"la   12,5 milyon ton neft daşınıb

13:31 12-06-2020 | icon 2184
Cari ildə "Bakı–Tbilisi–Ceyhan"la   12,5 milyon ton neft daşınıb

Cari ilin yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 15 milyon 646 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 80,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 5 ayda bu kəmərlə 12 milyon 529,4 min ton neft nəql edilib.

Bundan əlavə. hesabat dövründə BTC ilə 1 milyon 790,2 min ton tranzit nefti də ötürülüb.