logo

Türkiyə gələn həftədən Çin və ABŞ-a aviareysləri bərpa edir

13:10 12-06-2020 | icon 2184
Türkiyə gələn həftədən Çin və ABŞ-a aviareysləri bərpa edir

“Türk Hava Yolları” (THY) aviaşirkəti iyunun 19-dan etibarən Çin və ABŞ-a aviareysləri bərpa edir. 

YeniAvropa xəbər verir ki, bu barədə THY-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki,  ilkin mərhələdə iyunun 19-dan Çinin Şanxay şəhərinə həftədə bir aviareys keçiriləcək. Eyni tarixdən ABŞ-ın Çikaqo və Vaşinqton şəhərlərinə də uçuşların keçirilməsi nəzərdə tutulur. İyunun 22-dən Mayami, ayın 24-dən isə Los-Angelesə aviareyslər bərpa olunacaq.