logo

Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

10:33 12-06-2020 | icon 2310
Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 millimetr olan polietilen yeraltı təbii qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya  bildirilib ki, işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranıb. Əlavə olaraq Ə.Topçubaşov, 1-ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb.