logo

Türkiyədə daha 17 nəfər koronavirusdan dünyasını dəyişdi

20:41 11-06-2020 | icon 2044
Türkiyədə daha 17 nəfər koronavirusdan dünyasını dəyişdi

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 11-da ümumilikdə 49 min 190 nəfər yoxlamadan keçirilib. Onlardan 987 nəfərdə virus aşkarlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gün ərzində 1021 nəfər sağalıb, 17 nəfər dünyasını dəyişib. Son günlər gündəlik yoluxma və ölüm halında enmə müşahidə olunur.

Bu vaxtadək 2 milyon 500 min 890 nəfər koronavirus testindən keçirilib. Onlardan 174 min 23 nəfərdə virus aşkar olunub. Hazırda 643 nəfər reanimasiyada, 266 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. Hər iki halda artım var. İndiyədək bu virusdan 4 min 763 xəstə dünyasını dəyişib, 147 min 860 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyə koronovirus məhdudiyyətlərinin aradan qaldırılması üçün mərhələli və nəzarətli normallaşma prosesinə başlayıb. Xarici və daxili uçuşlar tədricən bərpa olunur, ölkə daxilində qatarlar və şəhərlərarası avtobuslar fəaliyyətə başlayıb, yaşa və sahələrə görə tətbiq olunan qadağalar aradan qaldırılır.