logo

Dünyanın ən bahalı şirkətləri bəlli olub

20:17 11-06-2020 | icon 2240
Dünyanın ən bahalı şirkətləri bəlli olub

Hərracların nəticəsinə görə, “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib. Bu o deməkdir ki, hər bir şirkətin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötüb. Bu, şirkətlər üçün rekord göstəricidir.

YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin bazar kapitallaşdırma dəyəri tədavülə buraxılmış bütün səhmlərin qiymətinin toplanması yolu ilə hesablanır. “Apple” şirkətində bir səhmin qiyməti 352,84 dollar, “Microsoft”da isə 196,84 dollar təşkil edib.

Texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Məsələ ondadır ki, investorlar indi bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab edirlər.