logo

Sabah məktəblilərin “Son zəng”idir

19:09 11-06-2020 | icon 3710
Sabah məktəblilərin “Son zəng”idir

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olunacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual “Son zəng”i iyunun 12-də saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.