logo

İyunun 18-dən Bakı-Naxçıvan aviareysi bərpa olunur

18:08 11-06-2020 | icon 2240
İyunun 18-dən Bakı-Naxçıvan aviareysi bərpa olunur

İyunun 18-də saat 12:00-da Bakıdan Naxçıvana aviareys həyata keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə iyunun 11-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə "AZAL"ın vitse-prezidenti Eldar Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, həmin gün saat 15:00-da ikinci aviareys yerinə yetiriləcək. Uçuşlar “Embraer 190” tipli təyyarələr ilə baş tutacaq. Təyyarələr 106 sərnişin tutumuna malik olsa da, 100 yer üçün bilet satılacaq. Buna səbəb isə yeni qaydalara uyğun olaraq, uçuş zamanı hər hansı bir sərnişində xəstəlik aşkarlanarsa onun digər sərnişinlərdən kənarlaşdırılıb təyyarədə arxa sırada təyin edilmiş boş yerlərdə oturması təmin olunacaq.