logo

Türkiyədə beynəlxalq aviareyslər bərpa edildi

12:45 11-06-2020 | icon 2212
Türkiyədə beynəlxalq aviareyslər bərpa edildi

Türkiyədə pandemiya ilə bağlı müvəqqəti dayandırılan beynəlxalq aviareyslər iyunun 11-dən bərpa edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ilkin mərhələdə reyslər İstanbul və Sabiha Gökçen hava limanlarından Böyük Britaniya, Niderland və Almaniyaya həyata keçirilir.

Hazırda hava limanlarına yalnız bileti olan sərnişinlərin daxil olmasına icazə verilir. Postpandemiya dövründə aeroportlar yeni, sosial məsafə kimi qaydalar çərçivəsində fəaliyyət göstərəcək.

"Türk Hava Yolları"nın (THY) İstanbuldan ilk beynəlxalq aviareysi isə bu gün yerli vaxtla saat 08.20-də Almaniyanın Düsseldorf şəhərinə olub.