logo

ABŞ Uxandakı konsulluğunun fəaliyyətini bərpa sdir

20:08 10-06-2020 | icon 2233
ABŞ Uxandakı konsulluğunun fəaliyyətini bərpa sdir

ABŞ Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yoluxmanın qeydə alındığı Uxan şəhərindəki konsulluğunun fəaliyyətini bərpa etmək istəyir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Birləşmiş Ştatların Dövlət Departamenti məsələ ilə əlaqədar Konqresi məlumatlandırıb. Məlumatda Çində, o cümlədən Uxanda “COVID-19” infeksiyası ilə bağlı vəziyyətə nəzarətin yaxşılaşmasının Uxandakı konsulluğun fəaliyyətini bərpa etməyə imkan verdiyi qeyd olunub. Dövlət Departamenti konsulluğun iyunun 22-də fəaliyyətə başlamasını planlaşdırıb.

Xatırladaq ki, ABŞ tərəfi Uxandakı konsulluğun fəaliyyətini şəhərdə xüsusi karantin rejiminin elan edilməsindən bir gün sonra - yanvarın 24-də dayandırıb. Bir neçə gün sonra isə konsulluğun işçiləri, onların ailə üzvləri və şəhərdəki ABŞ vətəndaşları çarter reysi ilə təxliyə ediliblər.

Çində epidemioloji vəziyyətin yaxşılaşması ilə aprelin 8-də Uxana giriş-çıxış bərpa olunub. Mayın ikinci yarısında Uxanda bütün sakinlərin “COVID-19” testindən keçirilməsi prosesinin nəticəsində şəhərdə artıq heç kimin virus daşıyıcısı olmadığı müəyyənləşib. İyunun 4-də isə Uxan şəhərindəki son 3 pasiyent müalicəni başa vurublar.