logo

Əli Əsədov karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

18:55 10-06-2020 | icon 2030
Əli Əsədov karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

"Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları"nda dəyişiklik edilib.

 YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Xatırladaq ki, bu vaxtadək karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurdular.