logo

Məhkəmə Qiyas İbrahimovu 50 manat cərimələdi

18:30 10-06-2020 | icon 1939
Məhkəmə Qiyas İbrahimovu 50 manat cərimələdi

Ötən gün yaşadığı binanın damına çıxaraq təkbaşına aksiya keçirən gənc fəal Qiyas İbrahimovun məhkəməsi keçirilib.

YeniAvropa xəbər verir  ki, Q.İbrahimov xırda xuliqanlıqda ittiham edilərək məhkəməyə çıxarılıb. Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın qərarı ilə Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

Qeyd edək ki, Q.İbrahimov  yaşadığı evinin damına çıxaraq polis zorakılığına qarşı etiraz etiraz edib, polislərin xalqdan üzr istəmsini tələb edib, əks təqdirdə özünü damdan ataraq intihar edəcəyini bildirib. Hadisə yerinə gələn polislər onu damdan endirməyə müvəffəq olublar. Sonra  Q.İbrahimov Suraxanı rayon polis idarəsinə aparılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, Qiyas İbrahimov bundan əvvəl Heydər Əliyevinn Bakının mərkəzindəki abidənin üzərində "Qul bayramınız mübarək" yazdığı üçün 5 il həbs cəzası alıb. Onun adı "siyasi məhbus" siyahısında yer alıb. Prezidentin 2019-cu il 16 mart tarixli əfv sərəncamı ilə azadlığa çıxıb.