logo

Ərdoğan 41 vilayətin valisini dəyişdirdi

17:32 10-06-2020 | icon 1925
Ərdoğan 41 vilayətin valisini dəyişdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 41 vilayətində valiləri dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə qərar Türkiyənin rəsmi qəzetində dərc edilib.

Valilərdən 23-ü digər vilayətlərə keçirilib, 18 nəfər isə vəzifəsindən azad edilib. Onlardan 17-si mərkəzi aparatda iş üçün geri çağırılıb. Muğla vilayətinin valisi Esengül Civelek Türkiyə prezidentinin baş müşaviri təyin edilib.

Vali dəyişikliyi AKP-nin daha zəif olduğu İzmir, Antalya, Konya, Diyarbəkir kimi vilayətlərə də şamil edilib.