logo

Türkiyədə koronavirusdan gündəlik ölüm halı 19-dək enib

23:30 08-06-2020 | icon 2093
Türkiyədə koronavirusdan gündəlik ölüm halı 19-dək enib

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 8-də ümumilikdə 39 min 361 nəfər yoxlamadan keçirilib. Onlardan 989 nəfərində virus aşkarlanıb.

 YeniAvropa Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 3441 nəfər sağalıb, 19 nəfər dünyasını dəyişib. Bu gün sağalanların sayı dünənkindən 794, iyunun 6-sı ilə müqayisədə 1519 nəfər çoxdur.

Bu vaxtadək 2 milyon 377 min 954 nəfər koronavirus testindən keçirilib. Onlardan 171 min 121 nəfərində virus aşkar olunub. Hazırda 625 nəfər reanimasiyada, 261 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım müşahidə olunur. İndiyədək bu virusdan 4 min 711 xəstə dünyasını dəyişib, 141 min 380 xəstə sağalıb.

Ölkədə koronavirus məhdudiyyətlərinin aradan qaldırılması nəzarətli qaydada mərhələli şəkildə həyata keçirilir. Sosial məsafə, təmizlik və qoruyucu maskadan istifadə tələbləri qüvvədədir.