logo

Emin Ağalarov Bakıdakı “Jara” festivalını təxirə saldı

22:15 08-06-2020 | icon 62363
Emin Ağalarov Bakıdakı “Jara” festivalını təxirə saldı
Ənənəvi olaraq Bakıda keçirilən  “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb. YeniAvropa xəbər verir ki, bu barədə festivalın təşkilatçısı, xalq artisti Emin Ağalarov sosial media hesabında video müraciət yayımlayıb.  “Əziz dostlar, böyük təəssüf hissi ilə koronavirus pandemiyası və onun dünyada möhtəşəm tədbirlərin keçirilməsində yaratdığı çətinliklər üzündən Bakıda keçiriləcəyi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalını 2021-ci il iyulun 28-dən avqustun 1-dək təxirə salmağa məcburuq.Konsert proqramı və qonaq sənətçilərin adları dəyişilməyəcək. Üstəlik, bir çox xoş sürprizlər və gözlənilməz ulduzların iştirakı olacaq. Bu il alınan bütün biletlər gələn il etibarlı olacaq! 2021-ci ildə biletlərin qiymətində dəyişikliklər olsa da belə, əlavə ödəniş tələb olunmayacaq”,-deyə Emin Ağalarov bildirib..