logo

DİN: Yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq

21:57 08-06-2020 | icon 1953
DİN: Yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq

“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.

 YeniAvropa xəbər verir ki, bu fikri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov səsləndirib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır.

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, - deyə E. Zahidov əlavə edib.(APA)