logo

Yeni Zelandiya koronavirusdan xilas olan ilk ölkədir

11:15 08-06-2020 | icon 2520
Yeni Zelandiya koronavirusdan xilas olan ilk ölkədir

Yeni Zelandiya dünyada koronavirusla bağlı məhdudiyyətləri tam aradan qaldıran ilk ölkə olacaq. Arxipelaqda koronavirusun yayılmasının qarşısını almaq mümkün olub və hökumət iyunun 9-da gecə saatlarından etibarən, əvvəllər tətbiq olunan bütün məhdudiyyətləri, o cümlədən sosial məsafə tələbini aradan qaldırmağı qərara alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Yeni Zelandiyanın baş naziri Casinda Ardern bəyan edib. Onun sözlərinə görə, yeganə məhdudiyyət sərhədlərin bağlı qalması olacaq. Arxipelaq sakinləri bundan sonra istənilən qədər tədbir keçirə, istənilən nəqliyyat vasitəsindən istifadə edə və bütün ölkə boyu səyahətə çıxa biləcəklər.

Baş nazirin sözlərinə görə, ölkədə yeni yoluxma halları qaçılmazdır, lakin hazırda hökumət bütün səylərini yeni hədəfə - iqtisadiyyatın bərpasına yönəldib.

Qeyd edək ki, COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 11:40-a olan məlumatına əsasən, dünyada 7 milyon 102 mindən çox yoluxma və 406 min 343 ölüm faktı qeydə alınıb, 3 milyon 466 mindən çox xəstə sağalıb.

Xatırladaq ki, Yeni Zelandiyada indiyədək 1504 nəfər koronavirus infeksiyasına yoluxub, 22 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib. Hazırda ölkədə aktiv koronavirus xəstəsi yoxdur.