logo

Bakı metrosu üçün yeni qatarlar gətirilib

10:11 08-06-2020 | icon 2485
Bakı metrosu üçün yeni qatarlar gətirilib

“Bakı Metropoliteni” QSC-nin bu il üçün sifariş etdiyi 4 yeni qatar Bakıya gətirilib.

 YeniAvropa xəbər verir ki,bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, ötən il “Metrovaqonmaş” SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır. Qatarlar sazlama, tənzimləmə və sınaq işləri həyata keçirildikdən sonra xəttə buraxılacaq.