Baş prokurorun kürəkəni ədliyyə nazirinin müavinin oğlu çıxdı
Xəbər verdiyimiz kimi, iki gün əvvəl baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
YeniAvropa xəbər verir ki, mətbuata verdiyi açıqlamada Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləsə də, Orxan Nuriyevin hansı səbəbdən işdən çıxdığını deməyib.
Qeyd edək ki, yayılan məlumatlarda Orxan Nuriyevin baş prokuror Kamran Əliyevin kürəkəni olması səbəbindən işdən çıxdığı bildirilir. Qeyd edilir ki, “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddəyə görə, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Elə həmin gün mətbuatda yer alan digər bir məlumatda Orxan Nuriyevin DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunduğu qeyd olundu.
"Yeniavaz.com" xəbər verir ki, baş prokuror Kamran Əliyevin kürəkəni Orxan Nuriyev dliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.
Eldar Qasım oğlu Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.
2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib.
25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib.
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, ”Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi” xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.
Xatırladaq ki,2017-ci ildə sabiq Vergilər naziri Fazil Məmmədovun əmrilə Cavanşir Eldar oğlu Nuriyev nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktörü təyin olunub. Bildirilir ki, Cavanşir Nuriyev də Eldar Nuriyevin oğludur.
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb