logo

Əli Həsənov Mehman Hüseynovun müalicəsi üçün 150 manat köçürüb

11:13 07-06-2020 | icon 2156
Əli Həsənov Mehman Hüseynovun müalicəsi üçün 150 manat köçürüb

Xərçəng xəstəliyindən əziyyət çəkən bloqer Mehman Hüseynovun müalicəsi üçün Azərbaycandakı vəzifəli şəxslərin də pul köçürdüyü iddia olunur.

 YeniAvropa xəbər verir ki, yardım kampaniyasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin (CHF1000 – 1778 AZN), Səhiyyə naziri Oqtay Şirəliyevin (CHF150 – 266 AZN), prezidentin sabiq köməkçisi Əli Həsənovun (CHF150), eləcə də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun (CHF150) iştirak etdiyi bildirilir.

"pravda.az" bildirir ki, bu vəzifəli şəxslərin adları "gofundme.com" saytında yer alıb. Yayılan xəbərlərə hələlik rəsmi münasibət bildirilməyib.

Mütəxəssislər isə bildirirlər ki, vəsaiti köçürənlər həmin vəzifəli şəxslər olmaya da bilərlər, başqalarının onların adından istifadə etməsi mümkündür.

0-4-7