logo

1168 nəfər sərtləşdirilmiş xüsusi karantin rejimini pozub

10:17 07-06-2020 | icon 2016
1168 nəfər sərtləşdirilmiş xüsusi karantin rejimini pozub

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozan 1168 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya  bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan ayın 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.