logo

Sumqayıtda bu gün 155 nəfər karantin rejimini pozub

21:13 06-06-2020 | icon 2156
Sumqayıtda bu gün 155 nəfər karantin rejimini pozub

Sumqayıt polisi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, iyunun 6-da saat 00:00-dan başlayaraq şəhərin bütün küçə, prospekt və yollarına tam nəzarət edir.

YeniAvropa xəbər verir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov məlumat verib  Onun sözlərinə görə, indiyədək karantin rejimini pozulması ilə bağlı 155 inzibati protokol tərtib olunub. Protokollardan 10-u tibbi maskadan istifadə edilməməsinə, digərləri isə küçəyə icazəsiz çıxılmasına görə yazılıb. Xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfərə 15 sutkalıq inzibati həbs cəzası verilib. Polis sərtləşdirilən məhdudlaşdırılma tədbirləri çərçivəsində sakinlərdən daxil olan bütün müraciətlərə həssas yanaşır.