logo

Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxub

19:57 06-06-2020 | icon 2450
Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxub

Qazaxıstan prezidentinin mətbuat katibi Berik Ualidə koronavirus aşkarlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Berik Uali özü sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, bütün ehtiyat tədbirlərinə baxmayaraq, son koronavirus testi pozitiv çıxıb. Hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu qeyd edən mətbuat katibi vəziyyətinin qənaətbəxş olduğunu deyib..

"Prezident Kasım-Jomart Tokayev iş rejiminə uyğun olaraq çalışır, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Dövlət başçısı mütəmadi olaraq testdən keçirilir. Ölkənin prezident administrasiyasında sanitariya rejimi gücləndirilib, təhlükəsizlik tədbirləri sərtləşdirilib",-deyə mətbuat katibi sözlərinə əlavə edib..