logo

Gəncədə xüsusi karantin rejimini pozan çörək sexi aşkarlanıb

19:11 06-06-2020 | icon 2058
Gəncədə xüsusi karantin rejimini pozan çörək sexi aşkarlanıb

Gəncə şəhərinin Nizami rayonu ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 6-dan 8-dək müəyyənləşdirdiyi şərtləşdirilmiş karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çörək sexi aşkarlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən çörək sexinin fəaliyyəti dayandırılıb, obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülüb.