logo

Bakıda sərt karantin rejimini pozan pizza restoranı aşkarlandı

18:17 06-06-2020 | icon 2107
Bakıda sərt karantin rejimini pozan pizza restoranı aşkarlandı
Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.  YeniAvropa xəbər verir ki, Xətai rayonunda yerləşən “Papa Johns” pizza restoranının reyd zamanı işlədiyi məlum olub. Restoran rəhbərliyi, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunub.

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.