Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi üzə çıxdı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin xaricdəki biznesi ilə bağlı yeni məlumatlar yayılıb.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" hesabında bu dəfə Əhmədzadənin kürəkəninin Türkiyədəki biznesi barədə yazıb.
"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin İngiltərə, Çexiya bə Türkiyədə dəyəri on milyonlarla ölçülən biznesi, otelləri və mülkləri artıq hamıya bəllidir. ASC-ni korrupsiya bataqlığına çevirmiş baş meliorator uzun illər ərzində dövlət vəsaitlərini talayaraq özünə səltənət qurub.
Cümə Əhmədzadə Əhmədzadələr ailəsinin Azərbaycandan xaricə milyonıar daşıyan yeganə üzvü deyil. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə və kürəkəni İlham Rəcəbov da ölkə xaricində – Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə sahibdirlər.
Baş melioratorun kürəkəni polkovnik Rəcəbov İlham Firudin oğlu hazırda Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir. Əhməd Əhmədzadənin qızı və kürəkəni Türkiyədə ən azından 3 şirkət açıblar və bu şirkətlər üzərindən otellər, istirahət mərkəzlərinə sahibdirlər.
Bunlardan biri- GLOBAL INVESTMENTS GlDA SANAYİ VE TiCARET LİMİTED ŞIRKETi 200 min lirə nizamnamə kapitalı ilə 2005-ci ildə İlham Rəcəbov və Hidayət Quliyev adlı şəriki tərəfindən təsis edilib.
Əhmədzadənin qızı və kürəkəninə məxsus daha ETİLER DIŞ TİCARET LİMİTED isə 23 dekabr 2006-cı ildə 100 min lirə nizamnamə kapitalı ilə İstanbulda qeydiyyatdan keçirilib. 2012-ci ildə baş melioratorun oğlu Cuma Əhmədzadə də şirkətə ortaq olub. Şirkətin ofisi İstanbulun ən bahalı iş mərkəzlərindən olan "Atakule"nin 6-cı mərtəbəsində yerləşir.
DYP polkovnikinin və baş melioratorun qızı 3-cü şirkətlərini – SİRŞERMİYAT TURİZM EMLAK İNŞAAT TİCARET VE SANAYİ LİMİTEDi 2010-cu ilin avqustunda Antalyada təsis ediblər. Nizamnamə kapitalı 600 min lirə olan şirkət Antalyanın, KONYAALTI, GÜRSU MAH. AKDENİZ BULVARI 318 SOK. CLUB ERDOĞAN KONUTLARI C1 BLOK NO:12 ünvanında qeydiyyatdadır. Bu ünvan Əhmədzadənin qızı və kürəkəninə məxsus, 4,5 mlyon lirə dəyərində, dəniz mənzərəli ultralüks mənzildir.
SİRŞERMİYAT TURİZM şirkəti üzərindən Əhmədzadənin qızı və kürəkəni üçulduzlu otelə və istirahət mərkəzlərinə sahibdirlər”,-deyə Cavanşir Həsənl qeyd edib.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub