logo

İranda koronavirusdan ölənlərin sayı 8200-ü ötüb

12:17 06-06-2020 | icon 2562
İranda koronavirusdan ölənlərin sayı 8200-ü ötüb

İranda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yoluxma və ölüm halları artmaqda davam edir. Son 24 saat ərzində İranda 2 min 269 nəfər koronavirusa yoluxub, 75 nəfər isə həyatını itirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 169 min 425 nəfər virusa yoluxub, 8 min 209 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 132 min 38 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi diqqətə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 578 nəfərin vəziyyəti ağır olaraq qalır.

İran ilə Türkiyə arasındakı Bəzarqa gömrük-keçid məntəqəsi açılandan sonra Fransadan 7 ton həcmində yardım daxil olub. Gömrük məntəqəsinin rəisi Sadiq Namidar bildirib ki, təyyarə reysləri olmadığı üçün Fransadan gələn yardım yük avtomobili ilə Türkiyə ərazisindən İrana daxil olub. Humanitar yardım qan plazmasından və koronavirus xəstələrini müalicə etmək üçün dərman preparatlarından ibarətdir.