logo

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

11:48 06-06-2020 | icon 1939
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İyun ayının 7-də səhər saatlarından etibarən paytaxtda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat paytaxtın kommunal strukturlarından daxil olub.

 Bildirilib ki, şəhərin mərkəzindəki və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri görüləcək.