logo

Türkiyədə 5 bal gücündə zəlzələ oldu

22:17 05-06-2020 | icon 2268
Türkiyədə 5 bal gücündə zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar iyunun 5-də yerli vaxtla saat 21:06-da qeydə alınıb. Zəlzələ ətrafdakı üç vilayətdə hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.

Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.