logo

3 evi,1 villası olan Tolik...

21:15 05-06-2020 | icon 106302
3 evi,1 villası olan Tolik...

Ötən gün aparıcı Tarix Əliyev "Instaqram" hesabında canlı yayımda mənzillərindən danışıb.

 YeniAvropa xəbər verir ki, Tolik canlı yayım zamanı bir sıra açıqlamalar verib. Belə ki, Tolik izləyicilərinə Bakıda 3 evi və 1 villasının, Türkiyədə isə 1 evinin olduğunu deyib: "Mən 2000 manatdan çox maaş alıram. Bunu mənə heç kim almayıb. Mən vaxtında ofisiant, satıcı, marşrut avtobusunda konduktor isləmişəm. Röya ilə işləyəndə kirayədə yaşayırdım, sonra dostum mənə ev aldı. O evdə yaşaya-yaşaya pulumu yığıb başqa ev aldım. Sonra birinci evi satıb villamı almışam. Bəli, bir aydır işləmirəm, amma maaşımı alıb onunla dolanıram".