logo

Nazirlik iş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq etdi

19:56 05-06-2020 | icon 3143
Nazirlik iş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq etdi

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.

Nazirlikdən  YeniAvropa-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.