logo

Feministlər Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

19:20 05-06-2020 | icon 2289
Feministlər Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Bakı İnzibati Məhkəməsində feministlərin 8 mart “Bizimdir hür küçələr” aksiyası ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə feminist fəalı Vəfa rüstəm məlumat verib. Onun sözlərinə görə, 2 mart tarixində onlar İcra hakimiyyətinə 8 mart yürüşü ilə bağlı müraciət ediblər. Lakin Bakı şəhər İcra Hakimiyyəti buna imtina cavabı verib. Odur ki, icazəsiz aksiya keçirməli olublar. Bakı İnzibati Məhkəməsində iyunun 4-də hazırlıq iclası keçirilib. Məhkəmə feministlərin şikayətini təmin etməyib.