logo

İndoneziya Azərbaycana yeni səfir təyin edib

17:57 05-06-2020 | icon 1953
İndoneziya Azərbaycana yeni səfir təyin edib

İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hildi Həmid bu ilin payızında Bakıya gələcək.

YeniAvropa xəbər verir ki, bu barədə  İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fanani məlumat verib. O, yaxın vaxtlarda Azərbaycandakı diplomatik fəaliyyətini başa vuraraq, vətəninə dönəcəyini bildirib.  
“Koronavirusla bağlı vəziyyəti, o cümlədən də aviadaşımalar ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, xələfim Hildi Həmidin bu ilin sentyabr-oktyabr aylarında Azərbaycana gələcəyi gözlənilir”, - deyə səfir vurğulayıb. 

Qeyd edək ki, Azərbaycana səfir təyin olunmaq H.Həmidin diplomatik nümayəndəliyin rəhbəri kimi ilk təyinatıdır. Bundan əvvəl, o, İndoneziyanın Qərbi Kalimantan əyalətində icra hakimiyyətində orqanlarında çalışıb.