logo

İlham Əliyev İsveç kralını milli bayram münasibətilə təbrik edib

17:33 05-06-2020 | icon 2079
İlham Əliyev İsveç kralını milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev İsveçin kralı XVI Karl Qustava ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:" Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost İsveç xalqına daim rifah arzulayıram".