logo

Mehman Hüseynovun müalicəsi üçün 140 min manat ianə toplanıb

17:11 05-06-2020 | icon 1960
Mehman Hüseynovun müalicəsi üçün 140 min manat ianə toplanıb

Tanınmış bloger Mehman Hüseynovun müalicəsi üçün lazım olan məbləğ toplanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Mehman Hüseynov özünün "Facebook" sosial hesabından palyaşım edərək Azərbaycan xalqına təşəkkürünü bildirib:"...Məhz Azərbaycan xalqı, məhz Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır. Xalqın birliyi, xalqın həmrəyliyi yenə də öz sözünü dedi və gücünü göstərdi. Necəki, 19 yanvar 2019-cu il tarixində vəzifəsindən, peşəsindən, siyasi baxışlarından aslı olmayaraq insanlar birləşib öz gücünü meydanlarda, sosial şəbəkələrdə göstərdi və mən azadlığa çıxdım. Bu gün tarix yenə təkrarlanır. Bu gün mən öz canımla mubarizə apararkən Azərbaycan xalqı yenə məni tək qoymadı. Yenə də siyasətlə maraqlananlar, siyasətdən uzaq olanlar birləşib, həmrəy olub mənim ayağa qalxmağım üçün tələb olunan məbləği cəmi 2 günə topladı. Bu, heç kimə zarafat gəlməsin. Cəmi 2 günə tələb onunan məbləğin 98 faizi, milli pulumuzla 140.000 AZN toplandı. Bu, ilk dəfə idi Azərbaycanda. Heç bir fondun, təşkilatın dəstəyi, mudaxiləsi olmadan. Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi ortadadır..Mənə maddi , mənəvi dəstək olan, dua edən hər kəsin qarşısında baş əyirəm",-deyən Mehman Hüseynov artıq 1-ci gündən mualicənin başlanacağını bildirib.

Xatırladaq ki, ötən həftə Mehman Hüseynovda isveçrəli həkimlər xərçəng şişi aşkar ediblər. Onun qardaşı Emin Hüseynov ictimaiyyətə müraciət edərək, xəstəxana xərclərini ödəməyə 74 min İsveçrə frankı tələb olunduöunu, onun isə belə bir imkanının olmadığını bildirmişdi.